Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 3-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə avtoqəzada xəsarət alan iki nəfər hospitalizasiya olunub:
"Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travmaları, müxtəlif nahiyələrin sınıqları və kəsilmiş yara diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Yüngül xəsarət alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:36
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza bu gün saat 00 radələrində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.