Ağdaşda ağır qəza Ölən və yaralanan var

26.04.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Ağdaş rayonunda yol qəzası olub, ölən var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью