Ağdaşda ağır qəzada həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır KONKRET

26.10.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, qəza zamanı yolda hərəkətdə olan “KamAZ” və “Qazel” markalı yük avtomobilləri toqquşub. pizza sifarişi

Qəza nəticəsində “Qazel”in sürücüsü, Neftçala rayonunun Qaramanlı kənd sakini, Eldar Fərhad oğlu Tağıyev və sərnişini, Salyan şəhər sakini, 38 yaşlı Rauf Saleh oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Məlumata görə, “Qazel” markalı yük avtomobilində diri balıq daşınırmış. Ölənlərdən biri Rauf Hacıyev 3 uşaq atası olub. Eldar Tağıyevin isə Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью