Ağdaşda ağır yol qəzası olub, ölən var

20.03.2026

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, qəza Yuxarı Nemətabad kəndi yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 31 yaşlı sürücü Elvin Məmmədov xəsarət alıb. 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda araşdırmalar aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью