Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdaşdà qadın sürücünün idarə etdiyi maşın aşıb.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Paytaxt sakini - İmanova Şəlalə İldırım qızının idarə etdiyi "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü Şəlalə İmanovaya yerindəcə zəruri tibbi yardım göstərilib. Maşında yer alan və durumları daha ciddi olan iki sərnişin - sürücünün anası Tahirə Musayeva və rəfiqəsi Tünzalə Ömərova isə təcili yardım xidməti ilə Ucar Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.