Ağdaşda avtomobil su kanalına aşdı

14.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ağdaşda avtomobil su kanalına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Ağzıbir və Kotavan kəndləri arasındakı yolun sərt döngəsində baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı su kanalına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Kotavan kənd sakini, 1985-ci il təvəllüdlü Zakirov Ramil Almurad oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью