Ağdaşda avtomobil tələbəni vurub öldürdü

06.05.2025

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdaşda avtomobil piyadanı vurub.

Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədov idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью