Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

08.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 avqust, AZƏRTAC

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır.

AZƏRTAC xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью