Ağdaşda dəhşət: qardaş qardaşı öldürdü

25.11.2024

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağdaşda qətl törədilib.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, məlumata görə, kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью