Ağdaşda ƏMƏLİYYAT: 9 nəfər tutuldu

22.01.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 9 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar.

Onlardan 3 kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью