Ağdaşda ƏMƏLİYYAT: bir kənddə ton yarım narkotik məhv edildi

11.06.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ağdaşda 1.5 tondan artıq çətənə kolu məhv edilib.

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mürsəl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 640 kiloqram olan 3948 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью