Ağdaşda ev yandı

17.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Ağdaşda ev yanıb.

"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında Ağdaş rayonu Cüvə kəndində, kənd sakini 1951-ci il təvəllüdlü Atakişiyev Yaşar Qurban oğluna məxsus fərdi yaşayış evində baş verib. Yanğın yerinə Ağdaş rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 162 kv/m olan birmərtəbəli və 3 otaqdan ibarət olan yaşayış evi tamamilə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью