Ağdaşda ev yandı

10.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Ağdaşda yaşayış evi yanıb. 

"Unikal" xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Yuxarı Qəsil kəndində, kənd sakini 1968-ci il təvəllüdlü  Abdullayev Rəhman İsmayıl oğluna məxsus fərdi yaşayış evində baş verib. Yanğın yerinə Ağdaş YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı  ümumi sahəsi 192 k/m olan 4 otaqlı fərdi yaşayış evinin 3 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью