Ağdaşda ev yanıb, xəsarət alan var

07.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ağdaşda dörd otaqlı ev külə döndü

"Unikal"ın məlumatına görə, yanğın hadisəsi rayonun Abad kəndində, kənd  sakini 1952-ci il təvəllüdlü Cabbarova Məhbubə Qasım qızına məxsus fərdi yaşayış evində baş verib. Yanğın yerinə Agdaş Rayon Yanğından Mühafizə Hissəsinin yangınsöndürən texnikaları cəlb olunub.Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan 4 otaqlı  kursülü yaşayış evi icərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının yaxınlıqdakı tikililərə kecməsinin qarşısı alınıb. Yanğın zamanı  ev sahibi Cabbarova Məhbubə Qasım qızı yüngül xəsarət alıb.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью