Ağdaşda FACİƏ: dərsdən qayıdan şagird kanalda batdı YENİLƏNİB

12.12.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdaşda kanalda batan şagirdin meyiti tapılıb.

Lent.az xəbər verir ki, axtarışlar nəticəsində 14 yaşlı Vüqar Zakirlinin meyiti tapılaraq, aidiyyatı üzrə təhvil verilib.

***
09:41

Ağdaşda şagird su kanalında batıb.

Lent.az-ın məlumatına görə, hadisə Şirvan Suvarma kanalının Qoşaqovaq kəndindən keçən hissəsində baş verib.

14 yaşlı Zakirli Vüqar Nurlan oğlu dərsdən qayıdarkən həmin kanalda əlini yumaq istəyib. Lakin müvazinətini itirərək yıxılıb və suda batıb.

Hazırda onun tapılması üçün axtarış işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью