Ağdaşda FACİƏ: Qardaş qardaşını qətlə yetirdi

25.11.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağdaşda qardaş qardaşını qətlə yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aralbir kəndində qeydə alınıb.

Noyabrın 23-ü saat 10 radələrində kənd sakini 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı 1975-ci il təvəllüdlü Mirmehdini bıçaqlayıb.

Ağır xəsarət alan M.Musayev vəfat edib. Q.Musayev saxlanılıb.

Hadisənin mülk davası üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью