Ağdaşda “Heyva festivalı”na start verilib

07.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdaş, 7 noyabr, AZƏRTAC

Ağdaşda “Heyva festivalı”na start verilib. Kənd Təsərrüfatı Nazirliyinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsədi bölgənin aqrar potensialını, yerli məhsullarını və turizm imkanlarını tanıtmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində Ağdaşın kənd təsərrüfatı sahəsindəki nailiyyətləri, heyvaçılıq ənənələri və yerli istehsalçıların məhsulları nümayiş etdirilir. Tədbirdə fermer və sahibkarların məhsullarının təqdim olunduğu sərgi-satış yarmarkası da təşkil edilib.

Festivalın diqqətçəkən yeniliklərindən biri müasir texnologiyalara yer ayrılmasıdır. İlk dəfə olaraq tədbirdə robot texnologiyaları, süni intellekt, innovativ həllər, startap layihələri və alternativ enerji nümunələri təqdim olunur.

“Heyva festivalı” Ağdaşın aqrar və turizm potensialının tanıdılması, yerli istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi və sahibkarlığın təşviqi baxımından əhəmiyyət daşıyır.

Tədbir, eyni zamanda, aqroturizmin inkişafına, rayonun yerli məhsullarının və milli kulinariya nümunələrinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verməyi hədəfləyir.

Müxbir- Rəşad Rəşidov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью