Ağdaşda idarəetmədən çıxan “VAZ” kanala düşdü VİDEO

01.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdaş rayonunda avtomobil kanala düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 03-BB-533 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın yoldan çıxaraq kanala aşıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Qeyd edək ki, avtomobil hadisə yerinə cəlb olunmuş FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью