Ağdaşda ildırım düşən yük avtomobili yandı

12.06.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 11-i saat 22 radələrində Ağdaş rayonu Ləki kəndi ərazisində "DAF" markalı yük avtomobilində yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Nurlan Allahverdiyevin idarə etdiyi avtomobilə ildırım düşməsi nəticəsində nəqliyyat vasitəsində alovlanma qeydə alınıb.

Yanğın zamanı avtomobilin yanar konstruksiyaları və yük hissəsində yerləşən soyuducular yanaraq sıradan çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью