Ağdaşda insident: əmisini bıçaqladı

05.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ağdaşda əmisini bıçaqlayan şəxs saxlanılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bir gün əvvəl rayonun Birinci Aral kəndində baş verib.

23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin edilib və araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью