Ağdaşda Mercedes velosipedçini vurub öldürdü

21.11.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində baş verib.

Seymur İsmayılov “Mercedes” markalı avtomobillə yolun əks hərəkət istiqamətində velosipedlə hərəkət edən Şəmsabad kənd sakini 1971-ci il təvəllüdlü Qalib Vahabovu vurub.

Ağır xəsarətlər alan velosipedçi xəstəxanada vəfat edib.

Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью