Ağdaşda narkotik maşın sürən 8 nəfər saxlanıldı

25.01.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdaş rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən Elşən Piriyev saxlanılıb.

Lent.az xəbər verir ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. 

Məhkəmənin qərarı ilə E.Piriyev 30 sutka inzibati həbs edilib.

Son günlər ərzində polis əməkdaşlarının rayon ərazisində keçirdikləri digər tədbirlərlə narkotikin təsiri altında avtomobil idarə edən daha 8 sürücü müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью