Lent az saytına istinadən Icma.az xəbər verir.
Ağdaşda ötən il avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində qeydə alınıb. Tərlan Məmmədov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən piyada 51 yaşlı Oktay Əsədovu vurub.
Xəstəxanaya yerləşdirilən O.Əsədov bu il yanvarın 23-də orada vəfat edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.