Ağdaşda PARTLAYIŞ: 78 yaşlı kişi həyatını itirdi

10.03.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ağdaşda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhər sakini 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında olarkən su qızdırıcı partlayıb və qaynar su onun üzərinə dağılıb.
Xəstəxanaya çatdırılan şəxs tibbi müdaxilələrə baxmayaraq orada ölüb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью