Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdaş rayonunda qayınata gəlininə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 25-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Əmrah həmin gün saat 09:30-da gəlini İradə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman qayınata gəlinin sifət nahiyəsindən içi su ilə dolu olan termosla iki dəfə qəsdən vurub. Sonra yumruqla da bir dəfə baş nahiyəsindən zərbə yetirib.
Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əmrah ona verilən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İradə onun gəlinidir:
“Ailə qurduqdan sonra İradə yaşadığımız evə köçdü, birlikdə yaşamağa başladı. Oğlum hazırda Ağdam rayonunda adını bilmədiyim şirkətdə fəhlə işləyir. Əvvəllər gəlinim ilə aramızda mübahisə və dava-dalaş baş verməyib, münasibətlərimiz normal olub. Lakin son zamanlar aramızda narazılıqlar yaranmağa başladı. Buna səbəb gəlinim evdə açıq-saçıq geyimlər geyinməsi, telefonla çox vaxt keçirməsi və buna görə ona irad bildirməyim olub”.
Əmrah qeyd edib ki, aprelin 25-də, təxminən saat 09:30-da yaşadığı evin mətbəxinə fincan və termos götürmək üçün gedib:
“Bu zaman gəlinim mətbəxdə telefonla danışa-danışa ev işlərini gördü. Mətbəxdəki masanın üzərindən fincanı və termosu götürərək qonaq otağına getdim. Daha sonra gəlinim dəhlizdə yerləşən su qızdırıcısını qoşmaq üçün çölə çıxdı. İradənin telefon qulağında danışa-danışa mətbəxdən evin eyvanına çıxan zaman eyvanda onunla qarşılaşdım. Ona “sən nə qədər telefonla danışırsan, ayıbdır” dedim. Həmin vaxt aramızda mübahisə baş verdi. Gəlinim ünvanıma nalayiq söz dedi. Bundan əsəbləşərək termosla onun iki dəfə sifət nahiyəsindən, bir dəfə də yumruqla baş nahiyəsindən vurdum. Bundan sonra gəlinim qohumum Nəsibənin evinə getdi. Bu zaman arvadım evə gəldi. Ona gəlinimlə mübahisə etdiyimi, dava-dalaş baş verdiyini, termos ilə onun başından vurduğumu və ona xəsarət yetirdiyimi bildirdim”.
Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən qayınatasına qarşı şikayətini geri götürüb.
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 25-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Əmrah həmin gün saat 09:30-da gəlini İradə (adlar şərtidir – red.) ilə mübahisə edib.