Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon mərkəzində - Müşfiq İsayev küçəsində baş verib. İşıqforun işləməməsi "Qazel" markalı kiçik tutumlu yük maşınının "Vaz 2106" markalı avtomobillə toqquşmasına səbəb olub.
Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü İsmayılov Tural Yaşar oğlu və 1956-cı il təvəllüdlü İsayev Müşfiq Ağalı oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /teleqraf