Ağdaşda qəza oldu Ata yaralandı, oğlu öldü

31.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağdaş-Qəbələ avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişin qismində olan oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью