Ağdaşda qəza: Ölən var

26.05.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью