Ağdaşda qəzada xəsarət alan sürücü xəstəxanada ölüb

14.10.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdaşda 2 gün öncə baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü xəstəxanada ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 12-də Ağdaş rayonunun Yenikənd kəndi ərazisində baş verib.

"Mercedes" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan "VAZ-2107"-nin sürücüsü, 23 yaşlı Sərvan Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью