Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA

20.07.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

"Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1980-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş qızdırma, dəqiqləşdirilməmiş komatoz vəziyyəti diaqnozları təyin olunub".

Avtosfer.az-ın məlumatına görə, barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ona zəruri tibbi xidmətlər göstərilib:

"Lakin o, tibbi müdaxilələrə cavab verməyib və saat 19:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib".

***

Ağdaşda 46 yaşlı qadın yüksək hərarət nəticəsində vəfat edib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Hapıtlı kənd sakini, 1980-ci il təvəllüdlü Azadə İbrahim qızı Əliyeva yüksək hərarət səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью