Ağdaşda yanğın

03.01.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Ağdaş şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 325 m² olan birmərtəbəli obyektin sahəsi 72 m² olan çayxana kimi fəaliyyət göstərən 1 otağının döşəməsi 6 m² sahədə, 1 ədəd divan və 1 ədəd məişət avadanlığı yanıb. Çayxananın qalan hissəsi və obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью