Bizim media saytına istinadən Icma.az xəbər verir.
Ağdaşda yük maşını yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ləki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin yolda hərəkətdə olan yük maşını anidən alışıb və yanmağa başlayıb.
Hadisə yerinə dərhal FHN-nin Ağdaş rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu