Ağdaşın Cüvə kəndində ev yandı

17.12.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdaşda ev yanıb.

Avtosfer.az xəbər verir ki, yanğın gecə saatlarında Ağdaş rayonu Cüvə kəndində, kənd sakini 1951-ci il təvəllüdlü Atakişiyev Yaşar Qurban oğluna məxsus fərdi yaşayış evində baş verib. Yanğın yerinə Ağdaş rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 162 kv/m olan birmərtəbəli və 3 otaqdan ibarət olan yaşayış evi tamamilə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью