Ağdaşın Dovudlu kəndində qaz kəsiləcək

28.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Ağdaş rayonunun Dovudlu kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, kənd ərazisində yivli birləşmələrin ləğvi ilə əlaqədar sabah saat 09:30-dan etibarən təmir işləri başa çatanadək 98 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью