Ağdərə sakini: 21 yaşım var, o yerləri görməsəm də...”

06.03.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdərənin Həsənriz kəndinə köçürülən Gültac Məmmədzadə bu yaşayış məntəqəsinin inkişafı üçün indidən üzərində məsuliyyət hiss etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bunu "Report"a açıqlamasında deyib.
O, doğma kəndlərini valideynlərinin söhbətləri əsasında təsəvvüründə canlandırdığını vurğulayıb:
"Doğma kəndimizə qayıdacağımız üçün çox sevincliyik, bənzərsiz hisslər yaşayırıq. Bunun üçün ilk olaraq şəhidlərimizə rəhmət diləyir, cənab Prezidentə minnətdarlığımızı bildiririk.
21 yaşım var, o yerləri görməsəm də, valideynlərimin söhbətlərindən kəndimiz haqqında çox şey eşidib-öyrənmişəm. Ona görə də kəndə çatmağımızı səbirsizliklə gözləyirəm.
Kəndimizin gələcək inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm. Dövlət və xalq olaraq xeyli çətinliklərdən keçmişik. Çox əlamətdardır ki, bu gün dünyada söz sahibi olan güclü dövlətimiz var".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью