Ağdərə sakini: Suqovuşana ailəmlə, övladlarımla qayıdıram

07.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tərtər, 7 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

32 il idi ki, Qarabağ arzusu ilə yaşayırdıq, bir gün doğma torpaqlara qayıdacağımıza ümidimizi üzmürdük. Bu gün arzularımızın, ümidlərimizin gerçəkləşən günüdür.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərə rayonunun Suqovuşan kəndinə köçən keçmiş məcburi köçkün Baloğlan Əsədov söyləyib. “Şükürlər olsun Allaha, bu günləri görmək nəsibimiz oldu. Suqovuşana ailəmlə, övladlarımla qayıdıram. Bu sevinci bizə yaşadanlara minnətdarlığımı bildirirəm”, - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью