Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

05.01.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
 

Bildirilib ki, 5-9 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.


"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью