Ağdərə və Xocalıya növbəti köç

14.11.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Noyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə yola salınıb. Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 11 ailə - 45 nəfər, Xocalının Daşbulaq kəndinə 9 ailə - 31 nəfər, Badara kəndinə isə 6 ailə - 19 nəfər köçürülüb. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью