Ağdərədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yolnəqliyyat hadisəsi baş verib

30.11.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, "Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Qəzada həyatını itirənlərin Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu olduğu deyilir.

Zülfüqarov İlkin Qurban oğlu isə ağır vəziyyətdə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью