Ağdərədə ağır qəza 4 nəfər həlak oldu

30.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdərədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Kəlbəcərdən gələn “Mitsubishi” markalı avtomobilin qarşısına heyvan çıxıb.

Qəfil idarəetməni itirən sürücü avtomobili aşırıb.

Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью