Ağdərədə ağır qəza 4 nəfər öldü

30.11.2024

Icma.az, Manset saytına istinadən bildirir.

Ağdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, "Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Qəzada həyatını itirənlər Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğludur.

Zülfüqarov İlkin Qurban oğlu isə ağır vəziyyətdə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью