Ağdərədə baş verən meşə yanğını küləyin təsirilə Ağdama yayılıb

21.08.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdərədə baş verən yanğın güclü küləyin təsirilə Ağdam ərazisinə yayılıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdərə şəhəri yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın genişlənərək, Ağdam rayonunun Papravənd kəndi ərazisindəki meşəlik əraziyə yayılıb.

Hadisə yerinə Ağdam, Ağcabədi rayon yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğın genişlənməsi müşahidə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью