Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tərtər, 30 noyabr, Tahir Ağaməmmədov, AZƏRTACAğdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların adları məlum olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhər sakini, 1992-ci il təvəllüdlü Zülfüqarlı İlkin Qurban oğlu idarəetməni itirərək “Nissan” markalı avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb, sərnişinlər - Tərtər şəhər sakinləri 1999-cu il təvəllüdlü Kərimov Asif Rafiq oğlu, 1987-ci il təvəllüdlü Həsənov Mütalib Telman oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Samir Mədət oğlu və 1975-ci il təvəllüdlü Alxanov Sərdar İmran oğlu ölüb.Faktla bağlı araşdırma aparılır.
21:27 Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Pikap” markalı avtomobilin aşması nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilir.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.