Ağdərədə daha bir yanğın başlayıb

21.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ağdərənin dağlıq hissəsində daha bir yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, dağlıq ərazidə yerləşən meşə massivində başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.

Hazırda yanğın davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью