Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdərə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Çardaxlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan MAN markalı, 25 BK 698 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində yük yerində daşınan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan bir neçəsi tələf olub.
Faktla bağlı araşdırma aparılır.