Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdərədə mina partlayışı hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev Həsənqaya ərazisində mal-qara otararkən minaya düşüb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəstə amputasiya olunmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilir. Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı