Ağdərədə meşə massivində yanğın genişləndi

07.08.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdərədə meşə massivində başlayan yanğın geniş ərazilərə yayılır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın rayonun Suqovuşan qəsəbəsi ərazisindəki meşə massivindən çıxıb.

Hazırda yanğın daha da genişlənmək üzrədir.

Təbii fəlakət zamanı ərazidə 2 mina partlayışı qeydə alınıb.

Hazırda yanğın baş verən ərazilərdə mina çox olduğundan, FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən bölgəyə daxil olmağa çətinlik çəkirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью