Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

11.01.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) SİA-ya verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Həmin şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib, vəziyyəti qənaətbəxşdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью