Ağdərədə minaya düşən şəxsdən XƏBƏR VAR

26.04.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşən şəxsin vəziyyəti ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 14:00 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью