Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb

11.01.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə "Report"un Qarabağ Bürosunun sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью